Rejissor-aktrisa Ancelina Coli “People” jurnalına müsahibə verib. Hollivud ulduzu Bred Pittlə ailəli olan aktrisa uğurlu evliliyin sirlərini bölüşüb. Qocalmaqdan qorxmadığını deyən Coli Bredlə həmin dövrü səbirsizliklə gözlədiyini deyib: “Biz Bredlə çox xoşbəxtik və zaman keçdikcə bir-birimizin necə dəyişəcəyini görmək üçün səbirsizlənirik. Onunla qocalmaq istəyirəm”. Həyatyoldaşı ilə “By the Sea” (“Dəniz kənarında”) filmində çəkilən aktrisa film üzərində birgə işin onların nikahını möhkəmlətdiyini bildirib: “Ciddi mübahisələr evliliyi daha da möhkəmləndirir. Əgər siz çiyin-çiyinə söykənirsinizsə, bu nikah daha da güclənir. Hər nə qədər mübahisəmiz düşsə də, sonda öz-özümə deyirəm ki, mənim vəzifəm onu sevməkdir”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.