Model Dəniz Akkaya fiziki zorakılıq səbəbindən tərk etdiyi sevgilisi Murad Varolla yenidən barışıb. Cütlük ötən gün İstinye Parkda alış-veriş edərkən görüntülənib. Bu, Dənizin Muradla 3-cü barışığıdır. M.Varol tərəfindən döyüldüyü iddiası ilə məhkəməyə müraciət edən model onu özündən uzaqlaşdırma qərarı çıxartdırmış və “Bir araya gəlməyimiz bir daha əsla mümkün deyil” demişdi. Dünən isə cütlüyü bir yerdə görənlər təəccüblərini gizlədə bilməyiblər. İddialara görə, Murad hətta Dənizin evinə köçüb.
Qeyd edək ki, müğənni Gülşən də vaxtilə Murad Varoldan məhz fiziki zorakılıq səbəbindən boşanıb. Bundan əvvəl isə model Aysu Baceoğlu eyni səbəbdən Muraddan ayrılmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.