1 oktyabr 2015-ci il tarixə Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı bir il öncəyə nisbətdə 4003 nəfər və ya 0,9 faiz artaraq 443 164 nəfərə çatıb. Cia.az bu barədə MR-in Dövlət Statistika Komitəsinə (DSK) istinadən məlumat verir. Bir ay ərzində muxtar respublikada 442 körpə doğulub. Qeyd edək ki, 1 sentyabr 2015-ci il tarixdə Naxçıvanda əhalinin sayı 442 722 nəfər olub.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.