"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Tottenhem"in yarımmüdafiəçisi Endros Taunsend yenidən əsas komandaya qaytarılıb.
Futbolçu artıq Premyer Liqanın 13-cü turunda qarşılaşacaqları "Vest Hem"lə oyunun hazırlıqlarına qoşulub.
24 yaşlı futbolçu noyabr ayının əvvəllərində məşqçilər korpusu ilə mübahisə etdiyi üçün əvəzedici komandaya göndərilib. Bu, Premyer Liqanın 11-ci turunda "Aston Villa" ilə görüşdən (3:1) sonra baş verib. Lakin bir müddət əvəzedicilərlə məşq edən Taunsend yenidən əsas komandaya cəlb olunub.
Qeyd edək ki, ingilis futbolçu cari mövsüm "Tottenhem"in heyətində cəmi 3 oyunda çıxış edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.