banner
banner

Sağlamlıq

Təzyiqi aşağı salan əvəzolunmaz vasitə

Təzyiqi aşağı salan əvəzolunmaz vasitə

Uzun sürən müalicə prosedurlarından, gərgin fiziki və zehni yorğunluqdan sonra orqanizmin bərpası üçün balqabaq şirəsi ən yaxşı vasitə hesab olunur. Onun tərkibində pektin olduğu üçün bu içki güclü antioksidandır. Buna görə də balqabaq şirəsi orqanizmin xolesteroldan və ağır metallardan təmizlənməsində mühüm rol oynayır.

Balqabaq şirəsi sidikqovucu xassəyə malikdir. Böyrək daşlarının salınması üçün təbii məlhəmdir. Bu şirə maddələr mübadiləsini normallaşdırır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq sistemi üçün xeyirlidir. 

 Ürək damar xəstəlikləri zamanı balqabaq şirəsindən istifadə olduqca faydalıdır. Hipertoniyadan əziyyət çəkənlər də balqabaq şirəsindən faydalana bilərlər. O, qan təzyiqinin aşağı salınmasında əvəzolunmaz vasitədir. Bu şirə qanda şəkərin də səviyyəsini aşağı salır. Buna görə də şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə balqabaq şirəsi məsləhət görülür. 

Balqabaq şirəsi prostat vəzin xəstəliklərinə qarşı profilaktika üçün ən yaxşı içkilərdən biri sayıla bilər. Bu möcüzəvi faydaları olan içki hamilə qadınların ümumi vəziyyətinə də müsbət təsir göstərir. Xüsusilə ürəkbulanma zamanı balqabaq şirəsi öz effektini verir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.