Star TV-nin reytinqli serialı olan "Kara sevda"nın çəkildiyi məkanlar da obrazlar qədər diqqət çəkir. Cia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Neslihan Atagülün canlandırdığı, varlı ailənin qızı Nihanın yaşadığı villa ən baxımlı yerlərdən sayılır. Eləcə də, serialın böyük dəvət və qonaqlıqlarının baş verdiyi ev tarixi bir qoruğun ərazisində yerləşir. Ekran işində Zerrin Tekindorun Leyla xarakterinin yaşadığı ev də Bosfor boğazına baxan mənzərəsi ilə məşhurdur. Kamal (Burak Özçivit) və Leylanın söhbət edərkən görünən həmin mənzərə tamaşaçılar tərəfindən də maraqla qarşılanmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.