banner
banner

Sosİal

"Azəristiliktəchizat"dan soyuqqanlı cavab: "Borcumuz çoxdur"

"Azəristiliktəchizat"dan soyuqqanlı cavab:

"Bakı şəhərində qazanxanalara qaz verilişində yaranmış problem hissə-hissə aradan qaldırılır".

Bunu BBC-nin Azərbaycan xidmətinə açıqlamasında "Azəristiliktəchizat" ASC-nin sözçüsü Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, müxtəlif rayonlarda qazanxanaların yalnız bir hissəsinə qaz verilişi bərpa olunub və qurum digər qazanxanalara qazın verilməsi üçün çalışır.

20 noyabr gecə saatlarında Bakının Nizami rayonunda 12 mərtəbəli binada yanğın baş verib. Yanğına ilkin səbəb kimi elektrik naqillərindəki həddən artıq yüklənmə göstərilir. Yüklənməyə səbəb kimi isə binaların istiliklə təchiz olunmaması göstərilib.

Şəhərin digər rayonlarının sakinləri də qazanxanalara qaz verilişinin olmaması ilə bağlı narahatlıqlarını bildiriblər. Onların sözlərinə görə, binalara istilik noyabrın 15-i verilməli imiş. Amma bu, baş verməyib.

Rafiq Əliyev bu məlumatları təsdiqləyərək deyir ki, "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə borcları var və ASC bu borcları ödəmək iqtidarında deyil.

"Hələ Bakı İstilik İdarəsinin vaxtından yaranmış borclar var. "Azəristiliktəchizat" zərərlə işləyən təşkilat olduğuna görə həmin köhnə borcları ödəmək iqtidarında deyilik. Bizim sahədə tarif aşağı olduğundan zərərlə işləyən təsərrüfatıq və istəsək də borcları qapada bilmərik" - qurum sözçüsü bildirir.

Rafiq Əliyev deyir ki, bu hal barədə hökumət məlumatlandırılıb və hazırda "Azəriqaz" İB ilə danışıqlar gedir.

"Borclarımızı ödəyirik, amma qaz təchizatı 2 ay dayandırılsa da biz o borcların hamısını ödəyə bilmərik. Danışıqlar davam edir, yəqin ki, ortaq məxrəcə gələcəyik" - deyən R.Əliyev borcların artmamasına çalışdıqlarını da əlavə edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.