banner
banner

Gündəm

İŞİD-dən yeni qərar: kişilər sırğa taxa bilər

İŞİD-dən yeni qərar:
Keçirilən əməliyyatlar qarşısında çıxılmaz vəziyyətə düşən İŞİD terror qruplaşması xaricdə olan silahlılarının geyim nizamnaməsində dəyişiklik edib.
Terror qruplaşmasının rəhbərliyi üzvlərinin tamamilə kamuflyaj olması üçün bəzi güzəştlər edib. Belə ki, yeni nizamnaməyə görə terrorçuların sırğa taxmasına, saçlarını uzatmasına, xarici musiqilərə qulaq asmasına, əllərində moda, kino, səyahət və s. bu kimi nəşrlərlə dolaşmasına, həmçinin mövsüm şərtləri nəzərə alınaraq idman stilində geyinməsinə icazə verilib.
Bundan başqa terrorçulara, diqqəti cəlb etməmək və şübhə yaratmamaq üçün əyləncə mərkəzlərinə girib-çıxmaq izni verilib. Nizamnamənin Əbu Bəkr Bağdadiyə yaxın şəxslər tərəfindən hazırlandığı bildirilir.
Noyabrın 13-də İŞİD terror qruplaşmasının Fransanın paytaxtı Parisdə 132 nəfərin ölümü ilə nəticələnən terakt törətməsindən sonra əksər dünya ölkələri bu qruplaşmaya qarşı intensiv əməliyyatlara başlayıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.