banner
banner

Sosİal

Metroda növbəti ajiotaj: sərnişinlər tuneldə qaldı

Metroda növbəti ajiotaj:

Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb.

"Bakı Metropoliteni" ASC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev azvision.az-a açıqlamasında bildirib ki, 42 saylı marşrut xətti üzrə hərəkət edən “Dərnəgül”-“Həzi Aslanov”qatarında “Nərimanov” stansiyasında nasazlıq yaranıb.

Qurum rəsmisi qeyd edib ki, bu səbəbdəb arxadan gələn qatarlar bir qədər gözləməli olub: “Problemlə əlaqədar “Ulduz”-“Nərimanov” stansiyaları arasında 15 saylı marşrut üzrə hərəkət edən qatar tuneldə dayanmalı olub. Hazırda problem aradan qaldırılıb və normal hərəkət var”.

Sərnişinlər isə yaranan problemə görə, yarım saata yaxın tuneldə qaldıqlarını bildiriblər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.