"Həyatımda inanılmaz dəyişiklik baş verib" - Nigar Camal
"Eurovision 2011" qalibi Nigar Camal özəl həyatı ilə bağlı etiraflar edib. Müğənni "Onlar" verilişinə açıqlamasında həyatında dəyişiklik olduğunu bildirib: "Həyatımda inanılmaz dəyişiklik baş verib. İnanılmaz sürpriz oldu. Bunun nə olduğunu deyə bilmərəm". Qızlarından danışan N.Camal övladlarının incəsənəti seçməsinə mane olmayacağını söyləyib:
"Qızlarıma qarşı sərt deyiləm. Onlar Londonda yaşayırlar. Çox ayrı qalıram, görəndə isə nə istəyirlər edirəm. Balaca qızım Səidənin aktrisalıq qabiliyəti var. Əgər İngiltərədə istəsə, ona aktrisa olmağa icazə verərəm. Hansı peşəni seçsələr, dəstək olacam".
Müğənni Türkiyə şou-biznesinə qatılmasına da aydınlıq gətirib. O, Rusiyadakı fəaliyyətindən imtina etməsinin səbəbini açıqlayıb:
"Mənim üçün Türkiyə şou-biznesində çox maraqlı oldu. Deyə bilmərəm ki, işim "partladı, mən ulduzam". Amma yaxşı alındı. Rusiya şou-biznesi məni heç çəkmirdi. Düzdür, orada tanınmaq çətindir. Dima Bilanla duetimiz "partladı", uğurlu alındı. Amma Türkiyəni daha çox sevdim".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.