Hande Doğandemir və Şükrü Özyıldızın yeni serial layihəsində dəyişiklik baş verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Her şey aşktan" filmində baş rolu paylaşdıqdan sonra yenidən bir araya gəlməsi planlaşdırılan ikilinin yolları ayrılıb. Belə ki, serialı çəkən şirkət "Kara kış" adlanacaq ekran işinin filmin davamı kimi görülməsindən narahat olaraq Hande Doğandemiri həmkarı Aslı Enverlə əvəz edib.
Qeyd edək ki, çəkilişlər bu yaxınlarda start götürəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.