banner
banner

Gündəm

Mübariz Mənsimov: "Nə İŞİD? Dürüst olun!"

Mübariz Mənsimov: "Nə İŞİD? Dürüst olun!"

Azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun sahibi Mübariz Mənsimov İŞİD terror təşkilatı ilə işbirliyində olması haqda mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

İş adamı İŞİD-lə əlaqəsinin olmadığını bəyan edib.

“Hansı əsasla belə xəbərlər yayırlar? Jurnalist dürüst olmalıdır. Belə xəbərlər yazan jurnalistlər məhkəmə qarşısında mütləq cavab verəcəklər” - deyə M.Mənsimov bildirib.

Qeyd edək ki, mətbuatda Mübariz Mənsimovun dünyanın ən qəddar terror təşkilatı olan “İslam Dövləti” (İŞİD) ilə razılaşdırılmış neft biznesinə dair yeni məlumatlar yayılıb.

Məlumatlarda bildirilib ki, İspaniya mənbələri İraq Kürdüstanından hazırda İŞİD-in nəzarətində olan Kərkük-Ceyhan neft kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına Bağdad hökumətinin razılığı olmadan nəql edilən neftin Mənsimovun tankerləri ilə daşınır.

Həmçinin “El Economista” qəzetində yer alan məlumatda deyilir ki, neft qaçaqmalçılığı İŞİD-in əsas gəlir qaynaqlarından biridir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.