banner
banner

Sosİal

İşıq borcu olanlara bəd xəbər

İşıq borcu olanlara bəd xəbər

İstifadə olunan elektrik enerjisinin haqlarını ödəməyənlərə heç bir güzəşt olunmayacaq.

Bunu Trend-ə açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun elektirk enerjisi borcu ilə bağlı xəbərdarlığından sonra ödəmələrdə artım müşahidə olunur: "Buna baxmayaraq hələ də borclarını ödəməyənlər var. Bizim güzəşt etmək səlahiyyətimiz yoxdur. Həm də niyə güzəşt olunsun ki?! Borc-borcdur, kim elektrik enerjisi işlədirsə, pulunu da ödəməlidir. Heç bir borc silinməyəcək. Bakı üzrə elektrik enerjisi haqları üzrə ödəmələr 97-98 faizə çatır. Amma nəzərə almaq lazımdır ki, “Azərişıq” ASC tək Bakıda fəaliyyət göstərmir. Biz çalışırıq ki, enerji haqları vaxtlı-vaxtında ödənilsin”.

T.Mustafayev borcların yaranma səbəbinə də toxunub: “Borclar əsasən iyul və avqust aylarında yaranmış pullardır. Yay aylarında yığılan borcların ödənməsi sonra gecikdirilir. Bu isə borcların yaranmasına gətirib çıxarır”.

Qeyd edək ki, bir neçə gün əvvəl “Azərişıq” ASC debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatının noyabrın 23-də saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacağı barədə xəbərdarlıq edib.

Səhmdar Cəmiyyətin xəbərdarlığında qeyd olunub ki, “Borc ödənilmədən şəbəkəyə özbaşına qoşulma”sı elektrik enerjisinin talanması və qanunsuz istifadə sayıldığından, belə hallara yol verildikdə Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun ciddi tədbirlər görüləcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.