Türkiyədə 64-cü cümhuriyyət hökumətinin tərkibi bəli olub.
Yeni hökuməti formalaşdırmaq vəzifəsi verilmiş Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu bu gün prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb və Nazirlər Kabinetinin tərkibini ona təqdim edib. Ərdoğan yeni hökuməti təsdiqləyib.
Hökumətin tərkibi aşağıdakı kimidir:
Baş nazir - Əhməd Davudoğlu
Baş nazirin müavinləri – Toğrul Türkeş, Mehmet Şimşək, Numan Kurtulmuş, Lütfü Əlvan, Yalçın Akdoğan
Xarici işlər naziri – Mövlud Çavuşoğlu
Daxili işlər naziri – Əfqan Ala
İqtisadiyyat naziri – Mustafa Elitaş
Ədliyyə naziri – Bəkir Bozdağ
Maliyyə naziri – Naci Ağbal
İnkişaf naziri – Cövdət Yılmaz
Əmək və sosial müdafiə naziri – Süleyman Soylu
Milli təhsil naziri – Nabi Avcı
Kommunikasiya, dənizçilik və rabitə naziri – Binali Yıldırım
Ailə və sosial siyasət naziri - Səma Ramazanoğlu
Avropa Birliyi naziri – Volkan Bozkır
Elm, sənaye və texnologiya naziri – Fikri İşıq
Ekologiya, şəhərsalma naziri – Fatma Güldəmir Sarı
Enerji və təbii ehtiyatlar naziri – Berat Albayrak
Qida və heyvandarlıq naziri – Faruk Çelik
Gənclər və idman naziri – Akif Çağatay Kılıç
Gömrük naziri – Bülənt Tüfəkçi
Mədəniyyət və turizm naziri – Mahir Ünal.
Qeyd edək ki, hökumətdə AKP-nin hakimiyyətə gəldiyi gündən bu yana ölkə iqtisadiyyatını idarə edən Əli Babacanın olmaması diqqət çəkib. Prezident Ərdoğanın Ə.Babacanın namizədliyinə qarşı çıxdığı bildirilir. Yeni enerji və təbii ehtiyatlar naziri Berat Albayrak isə R.T.Ərdoğanın kürəkənidir
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.