Oğluna qovuşmaq üçün günləri sayan aktyor Şahan Gökbakar nümunəvi addım atıb. Yumor ustası indidən uşağı üçün gələn hədiyyələri köməyə ehtiyacı olan ailələrə bağışlayır. Şahan bir çox firma tərəfindən evinə və ofisinə göndərilən uşaq üçün nəzərdə tutulmuş bütün məhsulların paylanılmasını istəyib. Aktyorun bu addımı isə sosial şəbəkə istifadəçiləri tərəfindən alqışa layiq görülüb. Qeyd edək ki, Şahan və Selin Gökbakar indidən uşaqlarının hər hansı bir fotosunun medianın əlinə keçməməsi üçün körpənin doğulacağı xəstəxanaya xəbərdarlıq ediblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.