Rusiya savaş gəmisi göndərdi - Türkiyə ilə hərbi əlaqələri kəsdi
Rusiyanın Suriyada İŞİD-ə zərbə endirən təyyarələrini bundan sonra qırıcılar müşayiət edəcək.
Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Bundan başqa, “Moskva” kreyseri Türkiyə ilə 60 kilometrlik məsafədə yerləşən Lazkiye sahillərinə yerləşdiriləcək və o da hava hücumundan müdafiəyə cavabdeh olacaq:
Baş Qərargah isə xəbərdarlıq edərək bildirib ki, potensial təhlükə yaradan bütün məqsədlər məhv ediləcək.
Bundan başqa, Rusiya Türkiyə ilə bütün hərbi əlaqələrinə son qoyduğunu elan edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.