Rejissor Vahid Mustafayevin ekranlaşdırdığı "Qanlı Yanvar" filmi noyabrın 26-da Asiyanın ən böyük film festivallarından olan 46-cı Beynəlxalq “Qoa” film festivalında nümayiş olunacaq.
Festivalın əsas proqramına daxil olan filmin noyabrın 27-də təkrar nümayişi nəzərdə tutulur. Hindistanın Qoa ştatında keçirilən beynəlxalq film festivalı noyabrın 30-dək davam edəcək. Hər il keçirilən festivalda bu dəfə 90 ölkədən 289 filmin nümayişi gözlənilir.
Qeyd edək ki, Azərbaycanın müstəqillik tarixinin şanlı və qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filmi bundan əvvəl Estoniyanın paytaxtı Tallində keçirilən 18-ci Beynəlxalq “Black Nights” film festivalında ölkəmizi təmsil edib. Festival çərçivəsində film tamaşaçılarda böyük maraq yaratdığı üçün 3 dəfə nümayiş olunub. Bundan başqa, "Qanlı Yanvar" filmi festivalda postsovet ölkələrinin həqiqətlərinin çatdırılması sahəsində gördüyü işlərə görə diploma layiq görülüb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.