banner
banner

Dünya

Ebola virusu yenidən qayıdır

Ebola virusu yenidən qayıdır
Son bir həftə ərzində Liberiyada 3 nəfər Ebola virusuna yoluxub. 
Azadinform-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilir.
Bildirilir ki, xəstələnənlər bir ailənin üzvləridir. Qeyd edək ki, sentyabrın 3-də Liberiya ÜST tərəfindən Eboladan azad ölkə elan edilmişdi.
Bununla belə, Qvineyada oktyabrın 29-dan virusa yoluxma halları qeydə alınmır. Noyabrın 7-dən isə Sierra-Leonedə epidemiyaya son qoyulduğu bəyan edilib.
 
Xatırladaq ki, dünyada “Ebola” virusuna yoluxma halları daha çox Qərbi Afrikada qeydə alınıb. Ümumilikdə dünyada bu virusa 28 637 yoluxma halı qeydə alınıb, ölənlərin sayı 11 314 nəfərdir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.