banner
banner

Gündəm

Əli İnsanovun məhkəməsi qəbzə görə baş tutmadı

Əli İnsanovun məhkəməsi qəbzə görə baş tutmadı

Bu gün Ali Məhkəmədə həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Prosesə hakim İnqilab Nəsirov sədrlik edib.

Proses çox qısa olub. Hakim bildirib ki, iş üzrə zərərçəkmiş qismində tanınan şəxslərə məhkəmə bildirişlərinin, o cümlədən kasasiya şikayətinin surətinin çatıb-çatmadığı barədə poçt qəbzi yoxdur. Bu səbəbdən də hakim məhkəmə prosesinin qeyri-müəyyən vaxta qədər təxirə salındığını elan edib.

Xatırladaq ki, sabiq səhiyyə naziri 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.

2007-ci ilin aprel ayında Ə.İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Sabiq nazir Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.