Ərdoğan istefaya getməyə hazırdır- AMMA RUSİYAYA ŞƏRTİ VAR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiya Türkiyənin "İslam dövləti" terror təşkilatından neft aldığını sübut edə bilsə, istefaya gedəcək.
Bu barədə Trend "Hürriyət" qəzetinə istinadən məlumat verir.
Onun sözlərinə görə, Türkiyə ilk növbədə Rusiya nefti alır və Moskva bu barədə bilir: "Əgər Rusiya Türkiyənin terrorçulardan neft aldığını hesab edirsə, bunu təsdiq etməlidir".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.