Nardaran normal həyata qayıtmaq istəyir? SON DURUM
Artıq axşam saatlarından başlayaraq Nardaran qəsəbəsində meydana toplaşanların sıraları seyrəlməyə başlayıb.
Trend-in məlumatına görə, umumiyyətlə ötən günlərlə müqaisədə bu gün meydana toplaşanların sayı azalıb. Artıq yaşlı insanlar, qadın və uşaqlar meydanı tərk edib, evlərinə çəkiliblər. Az sayda qalanların əksəriyyətini isə cavanlar təşkil edir.
Müşahidə edilən mənzərə odur ki, yerli qəsəbə sakinləri, yaşlı insanlar, qadın və uşqalar kütlə psixologiyasından, hazırkı durumdan beziblər, normal həyata qayıtmaq istəyirlər. Bunu qəsəbə sakinlərinin dilindən də eşitmək olur.
Qəsəbədə kommunal vəziyyət olduğu kimi qalır. Borc səbəbindən elektrik enerjisinin verilişi, elektrik enerjisinin olmadığından isə telefon və internet kəsilib. Eyni səbəbə görə qaz təhcizatı da dayandırılıb.
Qəsəbənin giriş və çıxışı ötən günlərdə olduğu kimi yenə ciddi nəzarət altındadır. Nardaran qeydiyyatı olmayan şəxslərin və avtomobillərin qəsəbəyə girişinə icazə verilmir. Qəsəbəyə daxil olan bütün avtomobillər və şəxslərin sənədləri yoxlanılır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.