banner
banner

Gündəm

Rusiyanın Türkiyədən üç tələbi

Rusiyanın Türkiyədən üç tələbi

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov Ankara ilə Moskva arasında gərginliyin azaldılması üçün 3 tələb irəli sürüb.

Cia.az-ın ans press-ə istinadən məlumatına görə, Sergey Markov iki ölkə arasındakı buzların nə zaman əriyəcəyi barədə ciddi açıqlamalar verib.

Su-24 təyyarəsinin vurulmasından sonra çox şeyin 180 dərəcə dəyişdiyini deyən Markov bildirib ki, Moskva bu hadisəyə qədər Ankaranı dost ölkə olaraq görürdü.

"Ancaq təyyarəmiz vurulursa, pilotumuz öldürülürsə, biz bunu dost olaraq deyil, düşmən addımı kimi dəyərləndiririk. Türkiyəni idarə edənlərin bir çox səhvlərinin olduğunu biz daha öncə də görürdük. Lakin Türkiyə ilə çox yaxın münasibətlərimiz olduğu üçün bunları açıq şəkildə dilə gətirmirdik. Arıtq bu atmoster pozulduğu üçün, Türkiyə rəhbərliyinin səhvlərini açıq-aşkar deməymiz üçün heç bir maneə yoxdur", deyə Markov bildirib.

Bununla yanaşı, Putinin yaxın adamı Markov Rusiya ilə Türkiyə arasında mövcud olan gərginliyin müharibə ilə nəticələnməyəcəyini deyib.

"Türkiyə və Rusiya arasında müharibənin olmasını heç kim istəmir. Digər tərəfdən isə təhlükəli vəziyyət yaranıb. Suriyada həm Türkiyə, həm də Rusiya öz varlığını göstərməyə çalışır. Hətta Türkiyədə bəzi siyasətçilər Azərbaycanı Dağlıq Qarabağa hərbi müdaxilə etməyə təşviq edir.

Halbuki, Azərbaycan və Ermənistan arasında müharibə başlayarsa, Rusiya Ermənistanla bağladığı müqavilələr çərçivəsində Dağlıq Qarabağa müdaxilə etmək məcburiyyətində qalacaq. Bu təhlükələr qarşısında son dərəcə soyuqqanlı olmaq lazımdır", deyə Markov bildirib.

Rusiya ilə Türkiyə arasında iqtisadi müharibənin pik həddə çatmasınin iki ölkənin iqtisadiyyatına böyük ziyan vurduğunu deyən Sergey Markov deyib ki, Rusiya prezidenti Vladimir Putin ölkələr arasında uzlaşma formulunu təklif edib

Rusiyanın Türkiyədən 3 tələbi:

1. Təyyarənin Suriya hava məkanında vurulması qəbul edilməlidir. Təyyarənin pilotları katapult edərək paraşütlə Suriya torpaqlarına düşüblər. Bu, təyyarənin Suriyada olarkən vurulduğunu isbat edir.

2. Türkiyə bu hadisədən dolayı üzr istəməlidir

3. Təyyarənin vurulmasında məsuliyyətli olan şəxslər cəzalandırılmalıdır.

Markov deyib ki, Putinin bu təklifi Rusiya və Türkiyə arasında iqtisadi və siyasi müharibəni dayanmasına səbəb olacaq. Siyasətçi sözlərinə onu da əlavə edib ki, iki ölkə arasındakı münasibətlər əvvəlki səviyyəsinə qayıtmayacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.