Tanınmış aktyor Şahan Gökbakar ata olub. Yumor ustası bu xəbəri yeni doğulan oğlunun fotosunu sosial şəbəkədə paylaşaraq verib. O, oğlu haqda bunları yazıb: “Ata oldum. Ürəyimdə övlad sevgisi adına nə qədər duyğu varsa, sənin olsun, oğlum! Həyatımızın bir ömür boyu sürəcək filmində sağlam və hüzur dolu yer almaq nəsibin olsun. Bildiklərimi mən sənə öyrədim, bilmədiklərimi sən mənə yaşat. Ananı heç vaxt kədərləndirmə. Mənə bu xoşbəxtliyi yaşadan qadındır o, canımdır. Sənin qədər onu da sevdiyimi unutma. Allah bütün övladlarımızı bizə bağışlasın...”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.