banner
banner

Gündəm

Yol polisini qəsdən maşınla vurdular

Yol polisini qəsdən maşınla vurdular

Tovuzda xidməti vəzifəsini həyata keçirən yol patrul xidməti inspektorunu maşın vurub.

Hadisə Tovuz-Əlibəyli avtomobil yolunun 6-cı kilometrliyində, Yuxarı Öysüzlü kəndi ərazisində qeydə alınıb.

Tovuz Rayon Polis Şöbəsinin Yol Patrul Xidməti inspektoru, Tovuz şəhər sakini, 1968-ci il təvəllüdlü Elmar Xəlilov xidməti vəzifəsini həyata keçirərkən hərəkətdə olan, 10 RZ 996 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobili saxlamaq istəsə də sürücü - rayonun Yuxarı Öysüzlü kənd sakini, 1990-cı il təvəllüdlü Bayram Qasımov maşınla polis inspektorunu vurub.

Yaralı dərhal Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona sol aşağı ətrafın travması diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.