"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Tottenhem" hücumçusu Hari Keynlə müqavilənin müddətini uzatmaq niyyətindədir.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, London təmsilçisinin rəhbərliyi 22 yaşlı futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşır.
Bu ilin fevral ayında "Tottenhem"lə 5,5 illik müqavilə imzalayan Keyn həftəsinə 35 min avro qazanır. Komanda ilə müqavilə yeniləcəyi təqdirdə rəhbərlik onun maaşını da artıracağını bildirib.
Qeyd edək ki, cari mövsüm "Tottenhem"in heyətində 13 oyuna çıxan Keyn 8 qol vurub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.