Nardaran meydanı təmizlənir: cənazə namazı qılınacaq
Nardaranda "İmam Hüseyn" meydanı Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən təmizlənir.
Polislə silahlı toqquşmada ölənlərin meyitinin əvvəlcə meydana gətiriləcəyi və burada cənazə namazı qılınacağı gözlənilir.
Ölənlərin sayının 5 olduğu bildirilir, amma kənd sakinlərinin dediyinə görə, bu rəqəm dəqiq deyil və ölü sayı çox da ola bilər: "Biz də mətbuatda yazılandan bilirik ki, 5 nəfər ölüb. Amma çox olduğunu da deyənlər var. Daha dəqiqini cənazələri gətirəndə biləcəyik".
Qeyd edək ki, noyabrın 26-dan kənd sakinləri tərəfindən qurulan postlar sökülüb. "İmam Hüseyn" meydanı boşaldılıb. Nardaran camaatı meyitlərin verilməsini, elektrik enerjisinin bərpa edilməsini gözləyir.
Kəndə avobusun hərəkəti tam bərpa olunub. Elektrik enerjisi verilmədiyindən telefon xətləri də işləmir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.