banner
banner

İdman

"Kəpəz"in qapıçısı: "Qəhrəman deyiləm"

"Kəpəz"in qapıçısı: "Qəhrəman deyiləm"

"Kəpəz”in qapıçısı Tadas Simaitisin klubun saytına müsahibəsi
 
- Tadas, “İnter” ilə oyunda 11 metrlik cərimə zərbəsini dəf edib komandanı qoldan xilas etdin...

- Penalti zərbələri adətən lotereya kimi qəbul olunur, vura da bilərsən, vurmaya da. Oyun günü mən lotereyada uddum (gülür). Bundan əvvəl qapımıza təyin olunan iki 11 metrlik cərimə zərbəsini zərərsizləşdirə bilməmişdin. Bu dəfə alındı.  

- Sanki zərbəni dəf edəcəyinə əmin idin. Rəqib futbolçunun qarşısında soyuqqanlı durmuşdun və onun topu hara vuracağını hiss etdin.

- Zərbənin hara vurulacağını təxmin etmək çətindir. Son anda rəqib oyunçunun topu hara vuracağını yəqin etdim və ora doğru tullandım. Onu topun başına keçəndən zərbə vurana kimi diqqətlə izlədim və istiqaməti doğru tapdım. Zərbəni dəf edə bildiyim üçün sevincliyəm, amma qəhrəman deyiləm. Çünki üzərimə düşən işi yerinə yetirdim.

- “İnter” ilə oyunun nəticəsi haqda nə deyə bilərsən?

- Bakı klubu ilə oyunda heç-heçə bizim üçün heç də yaxşı nəticə sayıla bilməz. Yaxşı oynayırıq, təhlükəli hücumlar qururuq, amma qol vura bilmirik. Qələbə qazanmaq üçün həm də fərqlənmək lazımdır. Matçdan əvvəl desəydilər ki, rəqib penaltidən istifadə edə bilməyəcək və oyun heç-heçə bitəcək, bunu yaxşı nəticə saymaq olardı. Amma bu qədər qol epizodundan qol vurmadıqdan sonra hesaba təəssüflənmək olar. Biz sözlə, oyunu udmalıydıq.

- Qarşıda “Xəzər Lənkəran”la kubok oyunu var. Bu görüş haqda nə fikirləşirsən?

-Qələbə və mərhələ adlamaq üçün səfərə yollanacağıq. Yalnız çempionat oyunlarını yox, eyni zamanda kuboku fikirləşmək lazımdır. Kubokun bu mərhələsi bir oyundan ibarətdir və bu qarşıdakı matçın əhəmiyyətini artırır.

- Gəncə azarkeşləri sizi çox sevir...

- Fanatlarımız haqda ancaq xoş sözlər deyə bilərəm. Bizi ürəklə dəstəkləyir, oyunun sonuna kimi qələbəyə səsləyirlər. Azarkeşlərin sevimlisi olmaq qürurvercidir. Onlar komandanın “12-ci oyunçu”su sayılırlar. “Kəpəz”in heyətində bu qədər azarkeşin önündə oynamaq olduqca xoşdur. Fanatlarımız superdirlər, onlara hər şeyə görə minnətdaram.       

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.