banner
banner

Dünya

İstanbulda partlayış: 1 ölü, 6 yaralı - FOTOLAR, CANLI YAYIM, YENİLƏNİR

İstanbulda partlayış: 1 ölü, 6 yaralı -
Euronews" telekanalının verdiyi məlumata görə, İstanbulda baş vermiş partlayışda 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralı və ölü sayının artacağı istisna edilmir. 

Musavat.com xəbər verir ki, ilkin araşdırmalara görə, partlayış metronun üst keçidinə qoyulmuş bombanın partlaması nəticəsində yaranıb. Hazırda hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb edilib. Əraziyə giriş-çıxış məhdudlaşdırılıb.

****

19:48

İstanbulun Bayrampaşa səmtində partlayış səsi eşidilib.
 
Musavat.com xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yer alıb.
 
Bayrampaşa metrosunda partlayış səsi eşidilib. Baş verən partlayışın səbəbi bilinmir. Bölgəyə çox sayda təcili tibbi yardım maşınları yönləndirilib. Vətəndaşlar bomba həyəcanı yaşayır.
 
Partlayışın digər səmtlərdə də eşidildiyi bildirilir.
 
İstanbullular "Twitter"sosial şəbəkəsində partlayış səsi eşitmələri ilə bağlı mesajlar paylaşırlar.
 
İlkin məlumatlara görə, partlayış nəticəsində 4 nəfər yaralanıb.
 
 
 
bayrampasa.jpg
 
 
 
 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.