25 gün sevgili olub evləndilər, 18 ay sonra boşandılar - fotolar
Aktrisa Öykü Çelik 10 gün əvvəl iş adamı həyat yoldaşı Ahmet Murat Çakandan gizlicə boşanıb. Onlar 15 ay evli qalıblar. Cütlük qarşılıqlı razılığa gələrək Bursa Ədliyyəsi Ailə Məhkəməsinə heç kimə xəbər vermədən gediblər. Hakim Ö.Çelik və M.Çakanın birinci ərizəsindən onların boşanmasına qərar verib.
Qeyd edək ki, ikili film çəkilişlərində tanış olmuşdulrar. 25 gün sevgili olduqdan sonra hər kəsi təəccübləndirərək evlənmişdilər. Bursada yaşayan Öykü bu il "Poyraz Karayel" serialında çəkildiyi üçün İstanbula gəlməkdə çətinlik çəkirdi. Boşandıqdan sonra o, artıq İstanbula köçüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.