Ötən gün Azərbaycanın və Dağıstanın xalq artisti, bəstəkar Elza İbrahimovanın sonuncu bəstələrindən olan mahnısına çəkilən klipin təqdimatı olub. Müğənni Həcər Əliyevanın ifa etdiyi və eyniadlı mahnıya çəkdirdiyi klip izləyənlərin böyük marağına səbəb olub.
ANS PRESS-in məlumatına görə, sözləri Vahid Əzizə, musiqisi Elza İbrahimovaya məxsus olan “Peşmanam” mahnısına çəkilən klipin süjet xətti diqqət çəkib. Belə ki, klipdə hadisələr Böyük Vətən müharibəsi illərini əhatə edir. Tamaşaçıya nostalji hisslər bəxş edən klip, iki gəncin sevgi münasibətlərini özündə əks etdirir.
KİV nümayəndələriylə yanaşı, şou-biznesin tanınmış simalarının da iştirak etdiyi tədbirdə, klip təqdim olunmazdan əvvəl qonaqlar çıxış ediblər. Aktyor Elnur Kərimovun aparıcı olduğu tədbirdə Həcərə hər zaman dəstək olan xalq artisti Faiq Ağayev və şair Vahid Əziz səbəkarın ünvanına xoş sözlər deyiblər.
Ümumiyyətlə, aparıcı tədbirdə iştirak edən qonaqların hər birinə söz verib və onların fikrini öyrənməyə çalışıb ki, hər bir şəxs də birmənalı olaraq yaradıcın işin keyfiyyətindən əmin olacaqları bildiriblər.
Nəhayət müğənninin prodüseri Humay Muxtarovın təşkilatçılığı ilə gerçəkləşən tədbirdə klip nümayiş olunub və səs-küylü alqışlarla qarşılanıb. Qeyd edək ki, klipin rejissoru Elnur Əliyev, operatoru Asif Şirəliyev, quruluşçu və geyim üzrə rəssamı Mehriban Əfindiyevadır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.