banner
banner

Sağlamlıq

Hansı qidalar təzyiqi qaldırır?

Hansı qidalar təzyiqi qaldırır?

Hipertoniya çox yayılmış xəstəlikdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada yaşayan insanların 60%-i hipertoniyadan əziyyət çəkir.

Hipertoniyadan əziyyət çəkən insanlar müəyyən müalicə ilə yanaşı həmçinin pəhriz saxlamalı, təzyiqin artmasına səbəb olan bəzi qidaları və içkiləri  qidalanmada minimuma çatdırmalıdır. Yalnız bu halda təzyiqi normallaşdırmaq mümkün olacaq. Bəzən insanlar fikirləşir - təzyiqi salan dərman içirəmsə, deməli istənilən qida qəbul edə bilərəm. Bu çox təhlükəli yanılmadır. Bu halda hipertoniyanı kontrol etmək mümkün olmayacaq, xəstəlik daha da inkişaf edəcək və müxtəlif ağır fəsadların inkişafına səbəb olacaq. Hipertoniya zamanı pəhriz müalicənin ayrılmaz tərkib hissəsidir.

Beləliklə, hansı qida və içkilər təzyiqin artmasına səbəb olur:

- duzlu, hisə verilmiş qidalar (balıq, ət və s.), müxtəlif şorabalar, konservlər

- kolbasa, sosis

- yağlı ət, qara ciyər, balıq, balıq yağı, kürü

- ədviyyatlar (qırmızı və qara istiot, mixək, xardal, qıtığotu)

- yağlı kremlərlə tortlar, pirojnalar, dondurma

- bulkalar,  piroqlar və s. mayalı xəmirdən hazırlanmış şirin un məmulatları

- şirin qazlı içkilər (müxtəlif limonadlar, "kola", "fanta" və s.)

- şokolad

- göbələklər

- zeytun

- qəhvə, kakao, tünd qara və yaşıl çay

- yağlı xama, qaymaq, duzlu pendir

- qoz-fındıq

- spirtli içkilər.

Bəzi otların qəbulu təzyiqin qalxmasına səbəb ola bilər. Bu otlar arasında - jenşen, eleuterokokk, dazı otu və s.

Təbii ki, əgər hipertoniyadan əziyyət çəkən insan həftədə 1 dəfə 1 tikə pendir  və ya 1 kiçik pirojna  yeyərsə, bu onun sağlamlığına ciddi ziyan vurmayacaq. Lakin qadağan olunmuş qidaların tez-tez qəbulu qəti surətdə yolverilməzdir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.