Keçən həftə bitən "Kiraz mevsimi" serialının qəhrəmanları final seriyasını bir yerdə qeyd ediblər. Serialın baş rolunda çəkilən Özge Gürel, Serkan Çayoğlu, Dağhan Külegeç, Nilperi Şahinkaya və Fatma Toptaş məkanlardan birində əylənib. Ekran işində sevgililəri canlandıran Özge Gürel və Serkan Çayoğlunun səmimi davranışları onların münasibətlərinin realda da davam edəcəyi dedi-qodularını çoxaldıb.
Gecədən ayrıca çıxan cütlük əyləncələrinə başqa məkanda davam etdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.