"Paramparça" serialının çəkiliş meydançasında mübahisə düşüb. Ekran işinin baş rol oyunçuları Nurgül Yeşilçay və Erkan Petekkaya ssenariyə görə dodaq-dodağa öpüşmək məcburiyyətində qalıblar. Daha əvvəl "Seriallarda öpüşmərəm, sevişmərəm. Çünki o səhnələri Anadolu xalqı da izləyir" deyən Erkan bu səhnədə çəkilmək istəməyib. N.Yeşilçay isə "bu səhnə mütləq çəkilməlidir" şəklində israr edib. Ardından əsəbləşən Petekkaya "sən də nə həvəsli imişsən öpüşməyə" deyərək çəkiliş heyətinin yanında qışqırıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.