banner
banner

Şou

Azərbaycanın borclu müğənniləri

Azərbaycanın borclu müğənniləri

Azərbaycan şou-biznes əhlindən kimin borcu var?

ANS PRESS məşhurlar arasında bu barədə sorğu aparıb.

Sevda və Elmira Ələkbərzadə bacıları bu mövzuda tamamilə uzaq olduqlarını bildiriblər. Sevda Ələkbərzadə "İnsan ayağını yorğanına görə, uzaltmalıdır" sözlərini deyib. İlhamə Qasımova, Sevda Yəhyayeva, Roza Zərgərli, əvvəllər kredit borcları olduğunu bildiriblər.

Bəstəkar Gövhər Həsənzadə mövzuya bir az yumoristik yanaşıb. "Mənim yalnız valideynlərimə borcum var. Düzdür, atam çox vaxt özünü unutmuş kimi aparır, anam isə yox. Anama olan borcumu qaytarmaq vaxtı çatanda artıq narahat oluram", - deyə qeyd edib. Bəstəkar bildirib ki, kredit götürməyə pis baxmır.

Banklara kredit borcları olan müğənnilər də var. Məsələn, Elza Seyidcahan, Səidə Sultan, Azad Şabanov bu sıraya daxildirlər. Onların əsasən maşın kreditləri var. Ayda isə banka 500-1000 manat arası kredit pulu ödəyirlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.