Aktrisa Bərrak Tüzünataçla aktyor Şahan Gökbakar 2010-ci ildə B.Tüzünataçın Beşiktaşdakı evinin eyvanında öpüşərkən “Fox” televiziyasının maqazin verilişi olan "Bizdən Kaçmaz"ın kameraları tərəfindən görüntülənmişdilər.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, böyük səs-küy yaradan hadisədə tərəflər məhkəməlik olmuşdu. Bərrak verilişin prodüseri Ömür Varol əleyhinə İstanbul Ali Hüquq Məhkəməsinə mənəvi təzminat iddiası ilə müraciət etmişdi.
Lakin məhkəmə həmin iddianı rədd edib. Hakim eyvanın "cəmiyyətə açıq sahədə" olduğuna və hadisədə adı çəkilənlərin öz şəxsi həyatlarını nümayiş etdirdiklərinə hökm verərək, jurnalistlərin ictimai yerlərdə məşhur şəxsləri görüntülənmələrinin qanunlara zidd olmadığını bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.