"Azneft" Istehsalat Birliyində "Günəşli" yatağının 10-cu özülünün platformasında qəza ilə bağlı növbəti mətbuat konfransı keçiriləcək.
IB-nin baş mühəndisi Balamirzə Ağarəhimov bildirib ki, hələ də itkin düşənlərin axtarışları davam etdirilir: "Saat 16-ya olan məlumata görə qazmaçı Tağıyev Fuad Tahir oğlu və xilasedici Mahmudov Ağa Izzət oğlu tapılıb. Bundan başqa 4 cəsəd tapılıb.
Onların şəxsiyyəti müəyyənləşdirilir.
Axtarışlar davam edir".
***
Hazırda 4 neftçinin cəsədi Sabunçu morquna aparılır. İki nəfərin nəşi isə Xətai morqundadır.
***
Artıq FHN-in rəsmi saytında bununla bağlı məlumat yer alıb. Bildirilir ki, FHN helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib və həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb. Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaq.
***
Tapılan 2 şəxsin cəsədinin üzərində xilasetmə jileti olub.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.