banner
banner

Şou

Xalq artistinə 10 min manatlıq hədiyyə

Xalq artistinə 10 min manatlıq hədiyyə

68 yaşını qeyd edən xalq artisti Səməd Səmədova rəhbəri olduğu “Qismət” qrupu 10000 AZN-lik delfin hədiyyə edib.

Bu barədə Lent.az-a qrupun solisti Tural Məmmədov danışıb:

“Səməd bəyin ad günü ərəfəsində düşündük ki, ona nə alaq ki, fərqli olsun. Qərara gəldik ki, ona delfin alaq. Hədiyyəni Səməd bəyə təqdim edən zaman çox sevindi. Çünki özü hər zaman arzu edirdi ki, delfini olsun. Bir çoxları bilir ki, Səməd bəy heyvanları çox sevir. Hətta bir neçə iti də var.

Onu da deyim ki, xalq artisti bu xəbərin mətbuata sızmağını qəti istəmirdi. Amma belə bahalı hədiyyəni gizlətməyə məncə, dəyməz. Qiymətli hədiyyəmiz artıq Səməd müəllimin Fatmayıdakı bağındadır”.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.