banner
banner

Sosİal

Sürücü özbaşınalığı: qadın avtobusdan yıxılıb xəstəxanalıq oldu

Sürücü özbaşınalığı:

Bakıda sərnişin avtobusundan düşən qadın sürücünün nəqliyyat vasitəsini tez hərəkətə gətirməsi səbəbindən xəsarət alıb.

Hadisə dekabrın 7-də saat 17 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində baş verib. Bakı şəhər sakini Reyhan Quliyeva 60 saylı xətt avtobusundan düşərkən sürücü qəflətən avtomobili hərəkətə gətirib və qadın yıxılaraq xəsarət alıb.

R.Quliyevaya dekabrın 8-də xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.