banner
banner

Sosİal

Bakı metrosunda görünməmiş basabas

Bakı metrosunda görünməmiş basabas

Bu gün Bakı metrosunda insanların sıxlığı əvvəlki günlərdən 2,5-3 dəfə çox olub.

"Dərnəgül" - "Həzi Aslanov" xəttində qatarlar bir neçə dəfə tunellərdə gözləyib.

Metronun "28 May" stansiyasında qatarların hərəkət istiqamətini bildirən məlumat tablosunda yanlış olaraq hər iki istiqamətə ("Dərnəgül" - "Həzi Aslanov" və "Həzi Aslanov" - "Dərnəgül") "Dərnəgül" və "İçərişəhər" elanı verilib.

Məsələni aydınlaşdırmaq üçün saytın əməkdaşı "Bakı Metropoliteni" QSC-yə müraciət edib. Cəmiyyətin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev metrodakı sıxlığın səbəbini belə izah edib: "Bu gün səhər saat 8-ə qalmış "Həzi Aslanov"-"Dərnəgül" xətti üzrə hərəkət edən qatarlardan birində texniki nasazlıq qeydə alınıb. Lakin qatar əlavə kömək olmadan hərəkətə gəlib, daha sonra isə depoya göndərilib. Məhz bu fakt digər qatarların da nisbətən gecikməsinə səbəb olub. Hələlik nasazlığın səbəbi məlum deyil. Nasaz qatar xətdən çıxarıldıqdan sonra digər qatarların normal hərəkəti bərpa olunub və artıq saat 9:00-dan etibarən tam qrafiki üzrə işləyir. Hazırda stansiyalarda da sərnişin sıxlığı müşahidə olunmur".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.