Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi dərmanların keyfiyyətinə nəzarəti artırıb.
Virtualaz.org saytı xəbər verir ki, bunu mərkəzin direktoru Murad Süleymanov bildirib.
M.Süleymanov deyib ki, son zamanlar istehsalçı müəssisələrin GMP-inspeksiya yoxlamalarını aparmağa başlayıb: “Bu cür yoxlamalar mütəmadi olaraq aparılacaq, müəssisələrin GMP-inspeksiya planları hazırlanıb. Həmin plana əsasən ilk növbədə Azərbaycanda ilk dəfə dərman vasitələrinin dövlət qeydiyyatına alınması məqsədilə müraciət edən istehsalçıların və idxal zamanı dərman vasitələrinin keyfiyyətində normativ sənədlərlərin tələbləri ilə uyğunsuzluq aşkar edilmiş istehsalçıların yoxlanması nəzərdə tutulub. Bazara çıxarılmadan öncə dərman vasitəsinin keyfiyyətinin yoxlanılması da mühüm rol oynayır. Belə olan halda “Dərman vasitələri haqqında” qanuna görə, dərman vasitəsi ilkin olaraq dövlət qeydiyyatı prosedurundan keçməlidir. Yəni dərman vasitəsi qanunvericiliyə uyğun olaraq müvafiq ekspertizalardan keçirilərək dövlət qeydiyyatına alınır, preparata qeydiyyat vəsiqəsi verilir və Dərman Vasitələrinin Dövlət Reyestrinə salınır. Yalnız bundan sonra həmin preparatın ölkəyə idxalına və istifadəsinə icazə verilir”.
Apteklərin fəaliyyətinə gəldikdə isə mərkəz rəhbəri bildirib ki, bu il 113 aptekdə reydlər aparılıb, 4 aptekin qanunsuz fəaliyyəti faktı aşkarlanıb. Bundan əlavə, qeydiyyatsız dərman vasitələrinin satışı, habelə reseptlə satışı aparılmalı olan dərman vasitələrini reseptsiz satan iki aptekin fəaliyyəti dayandırılıb, bir aptekin lisenziyası alınıb.
Aparılan yoxlamalar nəticəsində əczaçılıq bazarından 835 adda 2874 qutu qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları satışdan çıxarılıb.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.