"Azəriqaz"da ixtisarlar başladı: işçilərin taleyi necə olacaq?
"Azəriqaz"ın Bakıdakı qaz idarələrinin ləğv edilməsi nəticəsində xeyli əməkdaşın işsiz qalma məsələsi gündəmə gəlib.
Artıq qaz idarələrinin əməkdaşlarından işdən çıxmaqla bağlı ərizələrin alınmasına başlanılıb. İşçilərə bildirilib ki, yanvar ayının ortasına qədər işdənçıxarılma prosesi tam yekunlaşacaq.
Məsələ ilə bağlı sayta açıqlama verən "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, hazırda Bakı Regional Satış və Bakı Regional İstismar Departamentinin formalaşdırılması prosesi gedir: "Odur ki, idarələrdən işdən çıxarılan işçilərin bu depertamentlərə transferi həyata keçirilir. Həmçinin təkmilləşdirmə kurslarına cəlb ediləcək, eləcə də digər idarələrdə işə götürüləcək şəxsləri nəzərə alsaq, işsiz qalanların sayının az olacağını düşünürük".
Qeyd edək ki, "Azəriqaz"ın idarələrində işdən çıxarılan şəxslərin hər birinə əmək haqqlarının 5 misli miqdarında kompensasiya veriləcək.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.