banner
banner

Dünya

Türkiyədən Rusiyaya sərt cavab: "Qorxmuruq..."

Türkiyədən Rusiyaya sərt cavab:

"Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara cavab verməməyimiz qorxudan deyil. Sadəcə səbrlə və sivil dövlət olaraq davranırıq".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli mətbuata müsahibəsində bildirib.

XİN başçısı Türkiyənin səbrlə davranmasının səbəblərini belə izah edib: “Ancaq bizim də səbrimizin bir həddi var. İstəmədiyimiz bir hadisə baş verdi. Rusiya sərhədimizi qanunsuz olaraq pozdu. Bununla belə, əlaqələrimizi keçmişdə olduğu vəziyyətə qaytarmaq üçün səbrlə davranırıq”.

Virtualaz.org saytının xəbər verdiyi kimi, Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyəni nəzərdə tutaraq bir sıra sərt bəyanatlar verib.

“Olduqca sərt hərəkət etməyi əmr edirəm. Rusiya qruplaşmasını və ya bizim yerüstü infrastrukturumuzu təhdid edən istənilən hədəf dərhal məhv edilməlidir”- deyə Putin Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasında bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.