banner
banner

Sosİal

Qarabağ qazisi etiraz edir - Axı mənim hansı yolum qalıb?

Qarabağ qazisi etiraz edir

Bu gün Azərbaycan Ali Məhkəməsində hakim Kəmaləddin Bədəlovun rəhbərliyi ilə “Vətən Müharibəsi Əlilləri” ictimai birliyinin Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmaması ilə bağlı təşkilatın təsisçisi Firudin Məmmədovun iddiasına baxılıb.

Bunu 5 il əvvəl bir qrup Qarabağ müharibəsi əlili ilə birgə “Vətən Müharibəsi Əlilləri” ictimai birliyini yaradan F.Məmmədov özü bildirib.

“Düz beş ildir ki, biz bu təşkilatı yaratmışıq, düz beş ildir ki, Ədliyyə Nazirliyinin və məhkəmələrin qapılarında qalmışıq. Təkcə Ədliyyə nazirliyinə 8 dəfə rəsmi müraciət etmişik. Hər dəfə də, o sözü dəyişin, bu hərfi düzəldin, deyib imtina ediblər. Bundan sonra məhkəmələrə müraciət etmişik. Bu gün Ali Məhkəmədə kasasiya şikayətimizə baxıldı və iddiamızı təmin etmədilər. Axı biz öz problemlərimizin həlli ilə məşğuluq, ayrı bir istəyimiz yoxdur. Bunlar niyə mərdi qova-qova namərd edirlər? Axı bizlər təpədən dırnağa qədər Azərbaycana, torpağımıza, dövlətimizə-dövlətçiliyimizə bağlı adamlarıq! Bundan sonra Avropa Məhkəməsinə müraciət edəcəyik! Sonra da deyəcəklər ki, niyə Avropa məhkəməsinə müraciət etmisən? Axı mənim hansı yolum qalıb?” - deyə, F.Məmmədov bildirib.//Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.