banner
banner

Sosİal

Məktəblərdə tətil nə vaxt olacaq?

Məktəblərdə tətil nə vaxt olacaq?

Azərbaycan Təhsil Nazirliyi Yeni il bayramı ərəfəsində və günlərində orta məktəb şagirdləri və müəllimlərinin neçə gün istirahət edə biləcəklərinə aydınlıq gətirib.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, bütün ölkədə olduğu kimi, orta məktəblərdə də dekabrın 31-dən yanvarın 5-dək (2015-ci il) qeyri-iş günləri olacaq: “Şagirdlər dekabrın 30-da dərsdə olmalıdırlar. Dekabrın 31-dən yanvarın 5-dək isə dərs olmayacaq”.

C.Valehov qeyd edib ki, bütün şagirdlər üçün növbəti tətil 5 günlük, 27-31 yanvar tarixlərini (2016-cı il) əhatə edən qış tətili olacaq. Fevralın 1-dən isə şagirdlər yenidən dərsdə iştirak etməlidirlər.
Nazirlik rəsmisi bildirib ki, məktəblərdə ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Bu müddətdə yalnız ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili olacaq.

Ötən tədris illərində bütün şagirdlər üçün martın 17-dən 24-dək olan, 8 günlük “Yaz tətili”nə gəldikdə isə C.Valehov qeyd edib ki, bu tədris ilində şagirdlər üçün “Yaz tətili” olmayacaq: “Novruz bayramı günlərində ölkədə müəyyənləşdirilən qeyri-iş günlərinin sayı xeyli olduğundan məktəblilər üçün ayrıca olaraq, yaz tətili olmayacaq”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.