banner
banner

Sosİal

İşəgötürənlərin nəzərinə - Cərimələr 40 dəfə artır

İşəgötürənlərin nəzərinə -

Azərbaycanda əlilləri və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək şəxsləri kvota üzrə işə götürməyənlər 2000 manata qədər cərimələnəcəklər.

Cia.az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi layihəsinə daxil edilib.

Yeni layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, habelə dövlət büdcəsinə vəsait köçürülməməsinə görə 1000 manatdan 2000 manata kimi cərimə tətbiq ediləcək. Hazırda isə bu cərimənin məbləği 50 manatdan 90 manatadəkdir.

Qeyd edək ki, bu tələblərin gələn il mayın 1-dən qüvvəyə minəcəyi gözlənilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.