Devid və Viktoriya Bekhem cütlüyünün oğulları – 16 yaşlı Bruklinlə 13 yaşlı Romeo “Star Wars” filminin qala gecəsinə qatılıblar. Londonda baş tutan premyerada qardaşlar qırmızı xalıya oxşar geyimdə çıxıblar. Əsasən dəri geyimə üstünlük verən qardaşlar paparassilərin diqqətini çəkə biliblər. Bruklin bir an olsun belə, qolunu qardaşının çiynindən çəkməyib.
Qeyd edək ki, Devid və Viktoriya Bekhem cütlüyünün 1-i qız olmaqla, 4 övladı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.