banner
banner

Gündəm

İtkin neftçilər 5 istiqamətdə axtarılır

İtkin neftçilər 5 istiqamətdə axtarılır

Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, “Neft daşları” neft və qazçıxarma idarəsinin ərazisində itkin düşmüş 3 neftçinin və “Günəşli” yatağındakı 10 nömrəli özüldəki qəza nəticəsində itkin düşmüş 23 neftçinin axtarışları davam etdirilir.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 helikopteri və bir dənizə enə bilən təyyarəsi cəlb olunub. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin 5 gəmisi müxtəlif istiqamətlər üzrə - bir gəmi “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku, bir gəmi “Şahdəniz” yatağı, bir gəmi “Makarov bankası” ətrafında, gəmilərdən biri Qaradağ-Ümid-Ələt sahəsində, digər bir gəmi isə Çilov adasının şimal-şərqində axtarışlar aparırlar. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyindən verilən xəbərə görə, yanğının söndürülməsində hazırda 3 gəmi iştirak edir. “Boots&Coots” şirkətinin də yanğının söndürülməsində iştirak etməsi üçün isə hazırlıq işləri görülür.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.