banner
banner

Şou

Məşhurların keçmişi açılacaq

Məşhurların keçmişi açılacaq

Dicey Kazım Sübhan “Arxiv” adlı yeni layihəsini təqdim edib.

Axşam.az-ın məlumatına görə, 106.3 FM-də yayımlanan verilişdə sənət aləminin tanınmış simaları ilə bağlı maraqlı açıqlamalar veriləcək. K.Sübhan əməkdaşımızla söhbətində proqramı ilə bağlı bunları deyib:
“Arxiv” klassik estrada, retro ifaçıların maraqlı həyat tərzindən, sənətə gəlmə tarixindən bəhs edəcək. Maraqlısı isə odur ki, verilişdə müğənnilər haqda xəbəri öz dillərindən veririk. Bu yaxınlarda xalq artisti Faiq Ağayevin səhnəyə gəlişindən, “Bakı payızı”na qatılmasından danışmışdıq. Əməkdar artist Sevda Ələkbərzadənin “Rast” qrupundakı fəaliyyətini öz səsi ilə təqdim etdik.

Növbədə isə bir çox məşhur var. Verilişimiz 2 saat davam edir: birinci saatda klassik, retro ifalara yer ayırırq. İkincidə isə müasir musiqi, eksklüziv mahnılar təqdim edilir. “Arxiv” həftənin beş günü, saat 14:00-dan 16:00-a kimi efirdədir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.