banner
banner

İdman

“12 milyon manat pul xәrclәnәcәk” - Azad Rəhimov

“12 milyon manat pul xәrclәnәcәk”

“Formula-1 böyük yarışdır. Bu dünyada keçirilәn 21 böyük yarışdan biridir və bu dəfə Bakıda baş tutacaq”.

Bunu Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, yarış zamanı asfaltın uzunluğu 6 km olacaq: “Bir maşın bu asfaltı 51 dәfә keçәcәk. Azarkeşlәr üçün biletlәr sabahdan satışa çıxarılacaq. 30 min bilet satışa çıxarılamlıdır. Yarışlardakı yollar üçün 12 milyon manat pul xәrclәnәcәk. Әmәliyyat komitәsi 5 milyon xәrclәyib. 300 metrlik Pit Stop inşa edilәcәk. Müxtәlif işlәr görülcәk. Baryerlәr vә setkalar olacaq. Dәqiq büdcә 3 aydan sonra bәlli olacaq. Biletlәrin qiymәti 19 manat olacaq. Bizim әsas işimiz odur ki, bu biletlәrin satışın tәşkil edәk”.

A. Rəhimov deyib ki, dövlәt tәrәfindәn bu yarışa dәstәk var vә büdcә vasitәsilә yarış tәşkil olunur. Azәrbaycan vәtәndaşlarına isə biletlәrdә 40 faiz endirim olacaq.

Biz çalışırıq ki, yarışlar zamanı Bakı sakinlәrinә narahtçılıq yaratmayaq, tıxaclar yaranmasın. Bakılılar tıxacı sevmir. Bu işlәr Azәrbaycanın tanıdılması naminә görülür. Bizim әsas işimiz düzgün işlәr görmәkdir”.

***

Yarışla bağlı Bakıya gələcək qonaqların yerləşdirilməsinə gəldirdə A. Rəhimov deyib ki, paytaxtda olan 5 ulduzlu otellәrin sayı kifayәtdir: “Bura çoxlu qonaqları gәlәcәk. Ümumilikdә 2500 adam gәlәcәk. Onlar üçün otellәrdә yerlәr artıq tutulub. İdmançılar şәhәrciyi olacaq. Turistlәr bizdәn yer istәsә, buna da kömәk edә bilәrik”.

Nazir bu yarışa görə, Formula-1 tәşkilatının Azәrbaycana hәr hansı ödәniş etməyəcəyini də bildirib: “Sadәcә bilet satışı tam bizim nәzarәtimizdәdir. Ordan gәlәn gәlir büdcәyә gedәcәk. Bizim onlarla 10 illik müqavilәmiz var. Vә şәrtlәrә görә 5 il sonra biz hansısa sәbәbdәn müqavilәni poza bilәrik”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.