banner
banner

Fotosessİya

Ucar sakini qeyri-rəsmi nikahda yaşadığı qadını öldürüb

Ucar sakini qeyri-rəsmi nikahda yaşadığı qadını öldürüb
Ucar rayonunda qətl olub.
Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, hadisə ötən axşam rayonun Türkəçi kəndində baş verib. 
Ucar şəhər sakini, 1990-cı il təvəllüdlü Abbasov Elman Xanoğlan oğlu ilə qeyri-rəsmi nikahda yaşadığı, rayonun Ənvər Məmmədxanlı kənd sakini, 1997-ci il təvəllüdlü Səlimova Aytən Sabir qızı qonaq gəldikləri evdən qayıdarkən aralarında mübahisə yaranıb.
Mübahisə zəminində E. Abbasov küt alətlə A. Səlimovanı qətlə yetirib.
Hadisəni törədən şəxs Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik məlum deyil.
Araşdırma aparılır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Zeynəb Xanlarova 85 yaşında

Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir. Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.

2021-ci ilin ən yaxşı - Fotoları

Dünyanın hər yerindən fotoqrafları tarixi və mədəni yerləri kəşf etməyə çağıran “Ən yaxşı tarixi fotoqraflıq mükafatları” öz qaliblərini tapıb.

"Bu qadının sirri nədir?"

Avstraliyalı model Elle Makferson sosial şəbəkədə kürək dekolteli çimərlik geyimində fotosunu paylaşıb

Selenadan fərqli fotosessiya

Müğənni Selena Qomez onu “İlin qadını” adına layiq görən “Billboard” jurnalı üçün kameralar qarşısına keçib